“Sabah’’ın UEFA Avropa Liqasındakı potensial rəqibləri bəlli olub. Təmsilçimiz ilk mərhələdə bu klublardan biri ilə qarşılaşacaq:
‘’Şaxtyor’’ (Donetsk,Ukrayna), ‘’Legiya’’ (Polşa), ‘’Partizan’’ (Serbiya), ‘’Şerif’’ (Tiraspol,Moldova), ÇFR (Kluj, Ruminiya), ‘’Hapeol’’ (Byer-Şeva, İsrail), ‘’Çelye’’ (Sloveniya), ‘’Spartak’’ (Trnava,Slovakiya). Görəsən, bu rəqiblərdən hansı ‘’Sabah’’ üçün daha uyğundur? Bakı təmsilçisi adları çəkilənlərdən hansını üstələyə bilər? Suallarımızı Arif Əsədova ünvanladıq. Mütəxəssis məsələ ilə bağlı
Sport1.az-a açıqlamasında bunları söylədi:
‘’Rəqiblərin hər biri ciddi və güclüdürlər. Onlar təcrübəlidir və müxtəlif vaxtlarda qruplarda çıxış ediblər. ‘’Sabah’’ üçün nisbətən münasib rəqiblər
‘’Şerif’’, ‘’Çelye’’ və ‘’Spartak’’dır”.AYAZ ZEYNALZADƏ
Sport1.az