2024/25 mövsümünün gümüş mükafatçısı “Zirə” ölkəmizi Konfrans Liqasında təmsil edəcək. Redaksiyamıza Bakı təmsilçisi ilə bağlı maraqlı informasiya daxil olub. Klubun avrokubok matçlarını harada keçirəcəyi bəlli deyil. “Qartallar”ın 2 seçimi var: “Neftçi Arena” və “Liv Bona Dea Arena”.
“Zirə”nin istəyi keçmiş “Dalğa Arena”dan yanadır. Lakin, "Araz-Naxçıvan” da avrokubok matçlarında bu stadiondan istifadə etmək istəyir. Naxçıvan təmsilçisi bu məsələdə 1 addım öndədir. Çünki “boz qurdlar”ın arena ilə müqaviləsi var.
Hər iki klub da arenanı UEFA-ya sifariş etmək istəyir. Amma Konfrans Liqasında hər iki komandanın oyunlarının eyni günə düşmə ehtimalı var. Bu səbəbdən də “Zirə” avrokubok matçlarını “Neftçi Arena”da keçirmək variantı haqda da düşünür.
Görəsən, klubun yekun seçimi necə olacaq? Məsələ ilə bağlı “Zirə”nin mətbuat katibi Elmar Abdullazadəyə müraciət etdik. Paytaxt təmsilçisinin rəsmisi
Sport1.az-a açıqlamasında bunları söylədi:
“Hələkik bununla bağlı hansısa məlumat yoxdur. Gözləmə mövqeyindəyik”.ZAUR SALMAN
Sport1.az