Qarşıdan yığmamızın Latviya və Macarıstan seçmələri ilə yoldaşlıq oyunları gəlir.Bu qarşılaşmalarda Fernandu Santuşun başlıca məqsədi nə olacaq? Portuqaliyalı mütəxəssis komandanı sentyabrda start götürəcək Dünya Çempionatının seçmə mərhələsinə hazırlaya biləcəkmi? Bu sualları aydınlaşdırmaq üçün A millimizdə məşqçi işləmiş Xaqani Məmmədovun fikirlərini öyrəndik.
Mütəxəssis mövzu ilə bağlı
Sport1.az-a açıqlamasında bunları söylədi:
"Bu görüşlərdə yığmamızın seçmə mərhələyə nə dərəcədə hazır olduğunu görəcəyik. Latviya seçməsiylə bizə tanış rəqibdir. Baltikyanı ölkə təmsilçisi nəsil dəyişən və inkişafda olan seçmədir. Hesab edirəm ki, onlarla başa-başa mübarizə aparmaq və yaxşı nəticə qazanmaq olar. Bu matçdakı nəticədən asılı olaraq Bakıda Macarıstan yığmasına qarşı da daha əzmkar, istəkli oyun sərgiləyə bilərik. Hesab edirəm ki, millimizin baş məşqçisi Fernandu Santuş bu iki yoxlama görüşündə maksimim çalışacaq ki, həm seçmə mərhələ üçün heyəti formalaşdırsın, həm də uğurlu nəticələr qazanmaqla rəsmi matçlar ərəfəsində futbolçularda özünəinamı aşılamaqdır. Yığmamıza hər iki qarşılaşmada uğurlar arzu edirəm”. MİRZƏ S
Sport1.az