Yeni mövsümdən Premyer Liqa çıxış edəcək “İmişli” klubunun yeni baş məşqçisi bəlli olub.Sport1.az xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesabında məlumat verilib.
Portuqaliyalı məşqçi Xorxe Kaskilya bölgə təmsilçisini çalışdıracaq. 56 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb.
Onun köməkçiləri Kristiano Duareş, Gilerme Katede, Elşad Tahirov, Uliyan Qoqa olacaq.
Sport1.az