Bu gün Misli Premyer Liqasında "Turan Tovuz" "Sabah"la qarşılaşacaq. Hər iki komandanın çempionat yolu ilə avrokuboklara getmək şansı var. Bu oyunun favoriti kimdir? Hansı komanda avrokuboklara getməyə daha layiqdir? "Boz qurd", yoxsa "bayquşlar"?
Suallarımızı Arif Əsədova ünvanladıq. Mütəxəssis
Sport1.az-a açıqlamasında bunları söylədi:
"Bu görüş 6 xallıq oyundur. Hər iki tərəf hakimin start fitindən matçın sonuna qədər döyüşəcək. Turnir cədvəlinə nəzər yetirsək, tovuzluların qitəmiqyaslı yarışlara getmək şansları bir qədər çoxdur. "Sabah"ın isə avrokubok yoluna iki cəbhədə mübarizə aparır. Onlar artıq kubokun yarımfinalındadırlar və ilk görüşdə "Neftçi"ni də məğlub edə biliblər. Premyer Liqa yolu ilə də az olmasına rəğmən şansları var. İstənilən halda bu görüşdə kim üstün gələcəksə, sonrakı turlarda da uğurlu matçlar keçirsə, həmin komandada avrokuboklara vəsiqəni təmin edə bilər. Hər iki təmsilçimizə uğurlar arzu edirəm".
Sport1.az