"Şamaxı’’ 2024/25 mövsümünü 36 xalla 7-ci pillədə başa vurdu.Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv az büdcəyə rəğmən, çempionatda qənaətbəxş nəticə əldə etdi. Rəhbərlik mütəxəssislə razılıq əıdə edib. Yeni mövsümdə də komandanı Ayxan Abbasov çalışdıracaq.
Görəsən, ‘’Şamaxı’’ qarşıdakı ‘’Futbol ili’ndə təlim-məşq toplantısını harada keçirəcək?
Sualımızı klubun mətbuat katibi Yusif Hüseynə ünvanladıq. "Münəccimlər"in rəsmisi məsələ ilə bağlı
Sport1.az-a açıqlamasında bunları söylədi:
"Bu barədə yekun məlumat yoxdur. Bəzi proseslər davam edir. Tamamlandıqdan sonra rəsmi açıqlama veriləcək’’.AYAZ ZEYNALZADƏ
Sport1.az