II Liqada çempionluq mübarizəsi aparan "Şahdağ Qusar"da baş məşqçi təyinatı gerçəkləşib.Sport1.az xəbər verir ki, bölgə təmsilçisini tanınmış mütəxəssis Nazim Əliyev çalışdıracaq.
62 yaşlı məşqçi ilə 2026-cı ilə yanvarına kimi rəsmi müqavilə imzalanıb. Onun əsas köməkçisi Elnur Abdullayev olacaq.
Qeyd edək ki, Nazim Əliyev "Qarabağ", "Şəfa", "Ədliyyə", "Olimpik-Şüvəlan" kimi klubları çalışdırıb.
Maraq üçün bildirək ki, veteran futbolçu 183 qolla Azərbaycan çempionatları tarixinin ən məhsuldar oyunçusudur.
MİRZƏ S.
Sport1.az