Zaur Ramazanov karyerasını baş məşqçi kimi davam etdirəcək.Sport1.az xəbər verir ki, millimizin sabiq üzvü I liqaya yüksələn “Şimal”da çalışacaq.
Veteran futbolçu ilə 1 illik rəsmi müqavilə imzalanıb.
Qeyd edək ki, B kateqoriyasına sahib olan Zaur Ramazanov sonuncu dəfə “Səbail”də Mahmud Qurbanovun köməkçisi işləyib.
MİRZƏ S.
Sport1.az