"İmişli" yeni mövsümdən Premyer Liqada iştirak edəcək.
Sport1.az xəbər verir ki, Aran təmsilçisini çempionatda portuqaliyalı məşqçi çalışdıracaq. Söhbət Kristiano Souzadan gedir.
Artıq tərəflər razılıq əldə ediblər. 43 yaşlı mütəxəssislə "1+1" şərti ilə müqavilə imzalanacaq. Mütəxəssis artıq indidən komanda formalaşdırmağa başlayıb.
Maraq üçün bildirək ki, Kristiano Souzanın PRO kateqoriyası yoxdur. Bu səbəbdən də onun köməkçisi Jorge Kasquila da "İmişli" ilə müqavilə bağlayıb.
Sport1.az