I Liqada 20-ci tura yekun vurulub. Sport1.az xəbər verir ki, son olaraq 2 qarşılaşma keçirilib.
"Baku Sportinq"i məğlub edən "Qəbələ" Premyer Liqaya vəsiqəni təmin edib. Xallarının sayını 52-yə çatdıran bölgə təmsilçisinin çempionatı ilk "3-lük"də başa vuracağı rəsmiləşib.
Dördüncü sıradakı "Baku Sportinq"in 26 xalı var. Mövsümün başa çatmasına 7 tur qalıb. AFFA-nın Lisenziya Komissiyası növbəti mövsüm Misli Premyer Liqasında iştirak edəcək klublarla bağlı qərar verəcək.
"İmişli" isə MOİK-də matçda üç xal əldə edib.
Birinci Liqa
XX tur
16:00. "Baku Sportinq" - "Qəbələ" 0:2
16:00. "İmişli" - MOİK 2:1
Sport1.az