Türkiyənin "Alanyaspor" klubununu Joao Pereyra çalışdıracaq.Sport1.az xəbər verir ki, bu barədə məlumatı Super Liqa təmsilçisinin mətbuat xidməti yayıb.
Portuqaliyalı mütəxəssislə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Joao Pereyranın son iş yeri Lissabon "Sportinq"i olub. "Alanyaspor" isə bir neçə gün öncə Sami Uğurlu ilə yollarını ayırıb.
Sport1.az