I Liqa təmsilçisi "Difai"yə yeni baş məşqçi təyin olunub.Sport1.az xəbər verir ki, komanda Araz Bağırovla 3 illik müqavilə imzalayıb. O, bu vəzifədə Aydın Qasımovu əvəzləyib.
Qeyd edək ki, Araz Bağırov son mövsümdə "Kəpəz"in baş məşqçisi Azər Bağırovun köməkçisi olub.
Sport1.az