"Kəpəz"dən ayrılan daha bir futbolçunun adına aydınlıq gəlib.Sport1.az xəbər verir ki, söhbət Turan Manafovdan gedir. Klub rəhbərliyi və futbolçu arasında görüş keçirilib. Bundan sonra 26 yaşlı oyunçu yeni müqavilə imzalamamaq haqda qərar verib.
Qeyd edək ki, sol cinah müdafiəçisi bu mövsüm meydana çıxdığı 31 oyunda 2 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
EMİN ZEYNALLI
Sport1.az