“Karvan” 16 il sonra Premyer Liqaya qayıtdı. Yevlax təmsilçisi yeni mövsümün hazırlıqlarına indidən başlayıb.
Sport1.az xəbər verir ki, “Vətən”in U-17 komandasının üzvü Nicat Kərimov qarşıdakı “futbol ili”ndə “ağ-qaralar”ın heyətində çıxış edəcək. Hücumçu bu mövsüm Bakı təmsilçisində 37 qol vurub.
Maraq üçün bildirək ki, Nicat Kərimov “Karvan”ın baş məşqçisi Kənan Kərimovun oğludur.
ZAUR SALMAN
Sport1.az