AÇ-2026-nın əsas mərhələsi çərçivəsində növbəti oyununu Afinada Yunanıstan yığmasına qarşı keçirəcək futzal üzrə Azərbaycan millisinin təlim-məşq toplanışı başlayıb.Sport1.az xəbər verir ki, bu gündən etibarən futzalçılarımız martın 8-dək Bakıda hazırlıq keçəcək.
Baş məşqçi Vitali Borisov 3-ü qapıçı olmaqla 16 futzalçıya dəvət göndərib. Millimiz səfərə martın 9-da çıxacaq.
Emin Kürdov, Novruz Kazıxanov, Xəzər Ağalızadə, Ülvi Əliyev (hamısı “Araz-Naxçıvan”), Tofiq Mikayılov, Kənan Manafov, Oktay Rüstəmli, Nihad İsmayılov, Nurlan Mehdizadə, Kamran Hacıyev, Murad Quluzadə (hamısı “Baku Fire”), Emil Həsənzadə, Fərid Atakişiyev, Eldar Zeynalov (hamısı “Neftçi”), Rövşən Hüseynli (“Astana”, Qazaxıstan), Seymur Məmmədov (Klubsuz).
Qeyd edək ki, martın 11-də keçiriləcək Yunanıstan – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Sport1.az