Yeni mövsümdə "Karvan" Premyer Liqada iştirak edəcək. Sport1.az xəbər verir ki, klubun əsas məşqçisi Kənan Kərimov olacaq. PRO kateqoriyalı Azər Məmmədov mütəxəssisin köməkçisi olacaq.
Yevlax təmsilçisində Hüseyn Məmmədov da çalışacaq. O, komandanın qapıçılar üzrə məşqçisi olacaq. Kənan Kərimovun növbəti köməkçisinin adı da bəlli olub. Söhbət Zaur Hacıyevdən gedir. O, "Karvan"da fiziki hazırlıq üzrə məşqçi vəzifəsini yerinə yetirəcək.
EMİN ZEYNALLI
Sport1.az