"Qəbələ" 1 illik fasilədən sonra yeni mövsümdən Premyer Liqada iştirak edəcək.“Qırmızı-qaralar” qarşıdakı “futbol ili"ndə iddialı heyət formalaşdırmaq istəyir. Qəbələ təmsilçisinin əsas hədəfi 4-cü və ya 6-cı pillələrdə qərarlaşacaq komanda qurmaqdır.
Görəsən, “radarlar” yeni mövsümün hazırlığını harada keçirəcək?
Sualımızı klubun mətbuat katibi Şair Abdullaya ünvanladıq. Qəbələ rəsmisi
Sport1.az-a açıqlamasında məsələ ilə bağlı bunları söylədi:
“Bu məsələ hələ tam dəqiqləşməyib. Yaxın günlərdə tarix və məkan dəqiqləşəcək. Həmin vaxt məlumat veriləcək”.NİCAT RÜSTƏMZADƏ
Sport1.az