Misli Premyer Liqasında "Neftçi" "Turan Tovuz"la heç-heçə etdi - 1:1.Sport1.az xəbər verir ki, oyundan sonra Bassalu Sambu klubun rəsmi kanalına görüşlə bağlı açıqlama verib:
“Qələbəyə və 3 xala layiq idik. Topa sahib olan, hücum edən tərəf biz idik. Rəqibə də irəli çıxmağa imkan vermirdik. Onlar üzərində üstünlük qurmağa çalışdıq. Sevinirəm ki, qol vurdum, amma bir tərəfdən üzülürəm ki, sonda diqqət çatışmazlığı oldu və qol buraxdıq”.Forvard rəqibin 10 nəfərlə qalmasına münasibət bildirib:
“Rəqib 11 futbolçu ilə oynasaydı da, qarşılarını ala biləcəkdik. Sonda üç xalı qazana bilmədiyimiz üçün məyusuq”.
Sport1.az