Azərbaycanda daha bir klub fəaliyyətini bərpa edib. Sport1.az xəbər verir ki, söhbət "İnşaatçı Bakı"dan gedir. Paytaxt təmsilçisi Region Liqasında çıxış edəcək. Bu barədə məlumatı tanınmış məşqçi Adil Mahmudov öz şəxsi feysbuk hesabında paylaşıb.
Qeyd edək ki, 1935-ci ildə yaradılan klub ilk Azərbaycan Kubokunun qalibidir. Paytaxt təmsilçisi 1992-ci ildə Mingəçevir təmsilçisi "Kür"ü məğlub edərək bu titula sahib çıxmışdı. Klub 1995-ci ildə maliyyə problemləri səbəbindən fəaliyyətini dayandırmışdı.
Sport1.az