"Qarabağ"da oynamaq böyük məsuliyyət tələb edir".Bu sözləri
Sport1.az-a açıqlamasından Ağdam təmsilçisinin sabiq futbolçusu Danilo Dias dedi.
Braziliyalının fikrincə, "köhlən atlar" gələcəkdə daha böyük nəticələr qazanacaq:
"Bu komandada oynamaq qürur idi. "Qarabağ"ın əla rəhbərliyi var. Orada hər şey ideal qurulub. Təəssüf ki, zədələr mənə çox oynamağa imkan vermədi. Amma həmin formanı geyinmək gözəl idi. Orada əla dostlar qazandım, unudulmaz matçlar oynadım. Qurban Qurbanov mənə ata kimi olub".
Sport1.az