"Sumqayıt"ın oyunçusu Səbuhi Abdullazadə bir neçə xarici klubun diqqət mərkəzinə düşüb.Sport1.az xəbər verir ki, millimizin futbolçusuna maraq olsa da, onun başqa komandaya keçmə ehtimalı çox aşağıdır. 23 yaşlı yarımmüdafiəçinin karyerasını "Gənclik şəhər" təmsilçisində davam etdirəcəyi gözlənilir.
Səbuhinin "kimyaçılar" ilə 2026-cı ilin iyun ayına qədər müqaviləsi mövcuddur.
Qeyd edək ki, Abdullazadə "Sumqayıt" futbol akademiyasının yetirməsidir. Gənc futbolçu bu mövsüm komandanın heyətində 38 oyuna çıxıb və 2 qola, 4 məhsuldar ötürməyə imza atıb.
MURAD ABDULLAZADƏ
Sport1.az