“Qəbələ”nin idman direktoru Səbuhi Səfiyarlının Sport1.az-a müsahibəsi...- “Qaradağ Lökbatan”ı 3:0 hesabı ilə məğlub edərək mövsümü qələbə ilə başa vurdunuz...- Elitaya vəsiqəni və çempionluğu əvvəlcədən rəsmləşdirsək də, hər oyuna qalibiyyət üçün çıxırdıq. “Qaradağ Lökbatan” ilə qarşılaşmada da qalib gəlməklə mövsümü müsbət notlarla tamamladıq. Artıq növbət “futbol ili”nin hazırlıqlarını başlmalıyıq.
- İndiki heyətdən göndərilənlər çox olacaq?- Komandanın böyük əksəriyyəti qalacaq. Onların sırasında öz akademiyamızın yetirmələri də var. Amma gücləndirməli olduğumuz mövqelər də var. O barədə düşünürük.
- Daxili, yoxsa xarici bazara üstünlük verəcəksiniz?- Kompleks olaraq seleksiya işlərimiz davam edir. Daxili bazara da göz gəzdirmişik. Daha çox xaricdən futbolçu transfer etməyə maraqlıyıq. Daxili bazardan yerli-əcnəbi olmaqla maksimum iki oyunçu cəlb edə bilərik.
- Qəbələ akademiyasının bəzi təcrübəli yetirmələri, o cümlədən Bəhlul Mustafazadənin “qırmızı-qaralar”ın sırasında yer alacağı deyilir...- Əlbəttə ki, klubumuzun yetirməsi olan futbolçuları sıralarımızda görmək xoş olar. Amma Bəhlul Mustafazadə siyahımızda yoxdur. Onun futbolçu kimi iddiaları, transfer dəyəri və s. bizim şərtlərimizlə üst-üstə düşmür. Bəhlul bizim maraqlandığımız oyunçular sırasında deyil. Bilmirəm bu söhbətləri kim ortaya atıb...
- Gələn mövsüm Premyer Liqada 12 komanda mübarizə aparacaq. Çempionatın daha da rəqabətli olacağını düşünürsüzmü?- Hesab edirəm ki, gələn il daha gərgin və maraqlı güclülər dəstəsi görəcəyik
MİRZƏ S
Sport1.az