AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sport1.az xəbər verir ki, toplantıda Misli Premyer Liqasının 36-cı turunda keçirilmiş "Sabah" - "Neftçi" oyununda yaşananlara hüquqi qiymət verilib.
“Sabah” – “Neftçi” oyununun 50-ci dəqiqəsində “Sabah” klubunun 4 nömrəli futbolçusu Sofian Çakla ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalansın, “Sabah” klubu 1500 manat cərimə edilsin (maddə 39.1);
“Sabah” – “Neftçi” oyununun 76-cı dəqiqəsində “Neftçi” klubunun 14 nömrəli futbolçusu Edvin Kuç rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Neftçi” klubu 1000 manat cərimə edilsin (maddə 41);
Sport1.az