AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.Sport1.az xəbər verir ki, toplantıda Azərbaycan Kubokunun yarımfinalındakı “Neftçi” – “Sabah” oyununda yaşananlara hüquqi qiymət verilib.
“Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Neftçi” klubu 1500 manat cərimə edilsin (maddə 52.2);
“Sabah” klubunun məşqçisi Aleksey Antonyuk hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun şərti olmaqla 5 oyun cəzalansın, “Sabah” klubu 4000 manat cərimə edilsin. Sınaq müddəti 3 ay təyin edilsin (maddə 43.4, 32);
Sport1.az