AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Sport1.az xəbər verir ki, toplantıda Misli Premyer Liqasının 34-cü turunda keçirilmiş "Kəpəz" - "Sumqayıt" oyununda yaşananlara hüquqi qiymət verilib.
“Kəpəz” klubunun 6 futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz” klubu 700 manat cərimə edilsin (maddə 37);
Kəpəz” klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə “Kəpəz” klubu 1000 manat cərimə edilsin (maddə 43.7);
Kəpəz” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Kəpəz” klubu 1500 manat cərimə edilsin (maddə 52.2);
“Sumqayıt” klubunun 94 nömrəli oyunçusu Rəşad Əzizli təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalansın, “Sumqayıt” klubu 3000 manat cərimə edilsin. Sınaq müddəti 3 ay təyin edilsin (maddə 40.3, 32);
“Sumqayıt” klubunun 6 nömrəli oyunçusu Vüqar Mustafayev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalansın, “Sumqayıt” klubu 3000 manat cərimə edilsin. Sınaq müddəti 3 ay təyin edilsin (maddə 40.3, 32);
Sport1.az