AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sport1.az xəbər verir ki, toplantıda Misli Premyer Liqasının 31-ci turunda "Araz-Naxçıvan" - "Turan Tovuz" oyununda yaşananlara hüquqi qiymət verilib.
Oyunun 78-ci dəqiqəsində “Araz-Naxçıvan” klubunun 29 nömrəli futbolçusu Vanderson Melo ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Araz-Naxçıvan” komandası 500 manat cərimə edilsin (maddə 36.5);
Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Araz-Naxçıvan” komandası 800 manat cərimə edilsin (maddə 51.2);
“Turan Tovuz” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Turan Tovuz” komandası 1500 manat cərimə edilsin (maddə 52.2);
Sport1.az