AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sport1.az xəbər verir ki, toplantıda I Liqanın 26-cı turunda yaşananlara hüquqi qiymət verilib.
“Karvan” – “Qaradağ Lökbatan” oyununda “Qaradağ Lökbatan” klubunda 4 nəfər sarı vərəqə aldığı üçün “Qaradağ Lökbatan” klubu 70 manat cərimə edilsin (maddə 37);
“Karvan” – “Qaradağ Lökbatan” oyunu bitdikdən sonra “Qaradağ Lökbatan” klubunun məşqçisi Amit Quluzadə hakimləri təhqir etdiyinə görə 5 oyun cəzalansın, “Qaradağ Lökbatan” klubu 400 manat cərimə edilsin (maddə 43.4);
“Karvan” – “Qaradağ Lökbatan” oyununda Əsasnamənin tələbləri pozulduğuna görə “Karvan” klubu 50 manat cərimə edilsin (maddə 70.1);
“Karvan” – “Qaradağ Lökbatan” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Karvan” klubu 80 manat cərimə edilsin (maddə 51.2);
Sport1.az