"Kəpəz"in üzvü Luis Paçunun Sport1.az-a müsahibəsi...- "Neftçi" ilə çətin görüşdə 1 xal qazandınız. Oyunla bağlı nə söyləyə bilərsən?- Düşünürəm ki, birinci hissədə komanda olaraq yaxşı oynaya bilmədik. Lakin, ikinci yarıda özümüzə gələrək məşqçinin bizə verdiyi tapşırıqları yerinə yetirdik.
- Son 4 oyundur qələbə qazana bilmirsiniz. Səncə, problem nədir?- Bu, futboldur. Azərbaycan Premyer Liqası göründüyü qədər bəsit deyil. Onu deyə bilərəm ki, buradakı oyunlar heç asan keçmir.
- Yeni mövsümdə də səni "Kəpəz"in heyyətində görə biləcəyik?- Hələlik bununla bağlı heç nə fikirləşmirəm. Önümüzdə çətin 3 tur qalıb. Qalan oyunlarda komandam üçün əlimdən ən yaxşısını edəcəyəm.
- Növbəti həftə sizi "Sumqayıt"la çətin oyun gözləyir. Nə fikirləşirsən? Qələbə qazana biləcəksiniz?- Hər oyun bizim üçün çox çətin keçir. Növbəti həftəyə çox yaxşı hazırlaşmalı olduğumuzu bilirik. Yalnız qələbə üçün meydana çıxacağıq.
EMİN ZEYNALLI
Sport1.az