Yassin Benzyanın Sport1.az-a müsahibəsi...-
Vacib görüşdə "Neftçi"ni 3:0 hesabı ilə məğlub etdiniz. Qələbə ilə bağlı fikirlərin maraqlıdır...- Çox yaxşı oyun oldu. Tamamilə qələbəyə fokuslanmışdıq. Bunun da nəticəsi kimi ilk hissədə oyunun taleyini həll etdik. Düşünürəm ki, daha çox qol vura bilərdik.
-
Artıq çempionluğa daha yaxınınız. Bununla bağlı nə deyə bilərsən?- Məncə, biz artıq çempionuq. Bir az gözləməli olacağıq.
-
Qarşıda "Araz-Naxçıvan"la çətin kubok oyunu var. Geridönüş edə biləcəksiniz?- Bütün diqqətimizi bu matça yönəlmişik. Düşünürəm ki, hər şey bizim üçün yaxşı olacaq. Finala vəsiqə qazanmaq üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik.
-
Son vaxtlar mediada komandadan ayrılacağınla bağlı xəbərlər yayılıb. Bu nə dərəcə doğrudur?- Xəbərlərlə bağlı məlumatım yoxdur. Müqaviləm iyula qədər davam edir. Hazırda danışıqlarımız davam edir. Burada olduğum üçün çox xoşbəxtəm. İnşallah, hər şey yaxşı olacaq. Nələrin baş verəcəyini zaman göstərəcək.
EMİN ZEYNALLI
Sport1.az