"Sabah"ın üzvü Cessi Sekidikanın Sport1.az-a müsahibəsi... - Premyer Liqanın son turunda "Araz-Naxçıvan"la heç-heç etdiniz. Matçla bağlı fikirlərin maraqlıdır...- İlk hissədə çox zəif təsir bağışlasaq da, ikinci yarıda daha yaxşı oyun göstərdik. Qələbə qolunu vurmaq üçün bir çox şanslarımız olsa da, bunu dəyərləndirə bilmədik. Eybi yoxdur. Kubokuna finalına qədər yaxşı vəziyyətdə qalmaq üçün əlimizdən gələni edəcəyik.
- Mövsümün yekununa son 3 tur qalıb. Növbəti həftə evinizdə "Şamaxı" ilə qarşılaşacaqsınız. Qarşılaşma haqda nə deyə bilərsən?- Hər oyuna yalnız qələbə üçün çıxırıq. Məqsədimiz həmişə belə olub. "Şamaxı" ilə oyunda da hədəfimiz 3 xal olacaq.
- Bir zamanlar "Eskişehirspor"da oynamısan. Hazırda sabiq klubun həvəskar liqada liderdir. Bu gedişlə çempion olacaqlar. Onların uğuru haqda nə söyləyə bilərsən?- Mən hələ də onların oyununu izləyirəm. "Eskişehirspor"un yeri mənim ürəyimdə çox ayrıdır. Həqiqətən çox gözəl hisslər keçirdirəm. Orada olduğum zamanlarda gözəl anlar yaşamışam. Ümid edirəm onlar adına gələcəkdə hər şey çox yaxşı olacaq.
EMİN ZEYNALLI
Sport1.az