Ülvi İsgəndərov "Araz-Naxçıvan"ın bütün oyunlarının çətin keçdiyini düşünür - MÜSAHİBƏ"Araz-Naxçıvan"ın üzvü Ülvi İsgəndərovun
Sport1.az-a müsahibəsi...
- "Sabah"la çətin görüşdə 1 xal qazandınız. Oyunla bağlı nə söyləyə bilərsən?- Matça yaxşı hazırlaşmışdıq. Stadiona qələbə üçün çıxmışdıq. Əfsuslar olsun ki, 1 xalla kifayətləndik.
- Növbəti həftə "Qarabağ" ilə səfərdə oyununuz var. Rəqib artıq çempionluğu təmin edib. Sizin üçün asan oyun olacaq?- Yaxşıca dincəlib, gələn oyuna hazırlaşmalıyıq. Hədəfimiz bu matçdan maksimum nəticə ilə qayıdıb, avrokuboklara vəsiqəni təmin etməkdir. Heç bir oyun bizim üçün asan keçmir. Amma bu qarşılaşmada qələbə qazanmaq istəyirik.
- Avropa demişkən, növbəti mövsüm ilə bağlı ümidləriniz və hədəfləriniz nədir?- Mövsümün əvvəlindən komanda olaraq hədəfimiz bu, idi. Hər oyun daha yaxşısı üçün çalışırıq. Son 3 oyunda qələbə qazanaraq Avropa biletini dəqiqləşdirmək istəyirik.
EMİN ZEYNALLI
Sport1.az