Azərbaycan Basketbol Liqasının XVII turunda "Quba" "Şəki"yə uduzub - 63:66.Sport1.az xəbər verir ki, şimal təmsilçisinin baş məşqçisi Şəhriyar Əsgərov klubun mətbuat xidmətinə görüşlə bağlı açıqlama verib:
"Fakt odur ki, səbətə düşə bilmirik. Rəqibi saxlaya bilsək də, atışlarımız uğurlu deyildi. Ən azından 70 xal toplamalıydıq ki, qalib gələk. Əcnəbi oyunçularımızın səviyyəsi belədir. Nəticəyə də təsirini göstərir. Məşqlərdə işləyirik. Müdafiədə də pis deyilik, yaxşı da oynayırıq. Amma atışlarımız uğurlu olmur. Bu da oyunçu keyfiyyəti ilə bağlıdır. Legionerlərdən bircə Kameron Consu fərqləndirmək olar. Son aylarda müdafiə planında çox işlədik, oyunda da təsirini yaxşı mənada gördük. Lakin xal atmaq lazımdır, onu da yaxşı edə bilmədik. Oyunu udmaq üçün təkcə yaxşı müdafiə olunmaq bəs etmir. Səviyyə budur, artığını tələb edə bilmərik. Rəqibimizi də qələbə münasibətilə təbrik edirəm. Qarşıda "Sumqayıt", "Lənkəran"a qarşı oyunlarımız var. Yəqin ki, o matçlarda qalib gələrik".
Sport1.az