Misli Premyer Liqasının XXXIII turu çərçivəsində “Qarabağ” “Sumqayıt”ı qəbul edib.Sport1.az xəbər verir ki, oyundan sonra “kimyaçılar”ın baş məşqçisi Vaqif Cavadov mətbuat konfransında qarşılaşma ilə bağlı fikirlərini bölüşüb:
"Qarabağ"ı növbəti çempionluq münasibətilə təbrik edirəm. Çox yaxşı komandaya qarşı oynayırdıq. Bizə qarşı əsas heyətlə çıxış etdilər. İnanıram ki, komandam növbəti mövsümdə daha yaxşı olacaq”.-
Bu cür təslimçi əhval-ruhiyyədə oyuna çıxmaq nə dərəcədə doğrudur?- Kim dedi ki, təslim olmuşduq? Belə bir şey yox idi.
-
Düşünürsüz ki, "Sumqayıt"da qalmağa layiq məşqçisiz?- Komandanı çətin durumda götürdük. Gənc məşqçiyəm. Bu mövsüm ola bilər ki, nələrsə alınmadı. İstənilən nəticəni əldə etməmişik. Növbəti mövsümdə daha yuxarı pillələrdə olmağa çalışacağıq.
Sport1.az