Futbol / Azərbaycan / Premyer Liqa
23:01
28.04.2025
19
“Oyundan çox razıyam”.
Sport1.az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov evdə "Neftçi" komandası ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXXII tur matçından sonra mətbuat konfransında deyib.
O, komandasından razı qaldığını bildirib: “Hər iki komanda qələbə üçün oynayırdı. Komandamdan razıyam. Baxmayaraq ki, öz səhvlərimizdən qol buraxdıq. Oyundan çox razıyam. “Neftçi” yaxşı rəqibdir, güclü futbolçuları var. Buna baxmayaraq, komandam yaxşı oyun göstərdi
Sport1.az