Bildiyiniz kimi, “Sumqayıt”ın futbolçusu Kamran Quliyev baş məşqçi Vaqif Cavadovla mübahisə etdiyinə görə əsas komandadan uzaqlaşdırılıb.Problemin predmeti bəlli deyil. Bəs futbolçunun gələcək karyerası necə olacaq? Onu əsas komandaya qaytaracaqlar, yoxsa mövsümün sonunda yola salınacaq? Məsələylə bağlı Kamranın atası Rüfət Quliyevə müraciət etdik. Veteran futbolçu
Sport1.az-a açıqlamasında bunları söylədi:
“Klubdaxili məsələ olduğundan detalları geniş bilmirəm. Xırda bir müsahibə olub. Nəticədə Kamran Quliyev əsas komandadan uzaqlaşdırılıb. Məsələnin dərinliyini oğlum özü də bilmir. Qlobal bir hadisə, böyük hörmətsizlik baş verməyib. Bu barədə Vaqif Cavadovun özündən soruşsanız, yaxşı olar. Onun fikiri nədir bilmirəm. Kamran hazırda əvəzedici komandadadır. Son turda da qol vurub. Oğlumun “Sumqayıt”la bir illik müqaviləsi var. Övladımdır deyə demirəm, amma Kamran perspektivli futbolçudur. Bu mövsüm “kimyaçılar”ın heyətində də qollar vurub. Maksimum komandasına köməklik etməyə çalışır. "Transfermark”da olan qiyməti də bəzilərindən çoxdur. Kamran Quliyevin köməyindən istifadə etmək istəmirlərsə, bu da onların işləridir. Ümid edirəm ki, bu məsələ tezliklə aradan qalxar”.
Sport1.az