Azərbaycan Kubokunun finalında "Sabah" "Qarabağ"a 3:2 hesabı ilə qalib gələrək çempion oldu.Matçdan sonra "bayquşlar"ın üzvü Coy Lens-Mikels hislərini
Sport1.az-a danışdı:
"Hazırda yaşadıqlarımıza inana bilmirəm. Bu, fantastikadır. Keçirdiyim hissləri izah edə bilmirəm. 120 dəqiqə son ana qədər döyüşdük. Tanrı bir şans verdi və bunu yaxşı dəyərləndirdik."Almaniyalı vinger gələn mövsüm avrokuboklardakı hədəflərində də bəhs etdi:
"Hələ ki, rəqib komanda bəlli olmasa da, gələn mövsümə yaxşı hazırlaşmalı olduğumuzun fərqindəyik. Yaxşı mübarizə aparsaq bəlkə də, Avropa Liqasında əla nəticələr əldə edə bilərik."EMİN ZEYNALLI
Sport1.az