Cavid İmamverdiyevin Sport1.az-a müsahibəsi...- Ümumi mövsümlə bağlı fikirlərin maraqlıdır...- Bu il bizim üçün çətin keçdi. Bəlkə də pley-off oynamamalıydıq. Rahat şəkildə I Liqaya çıxmaq şansımız var idi. Lakin, bəzi oyunlarda itirdiyimiz xallar bizi çox geriyə saldı. 14 oyunçu ilə əlimizdən gələni etmək üçün çalışdıq.
- I Liqaya yüksəlmək üçün nə çatmadı?
- Keyfiyyət. Bu mövzuyla bağlı bir sözüm də var: Hər liqanın öz oyunçusu var. "Difai" I Liqada zəif təsir bağışlasa da, keyfiyyət və təcrübə baxımından çox yaxşı kollektivdir. Şanslarımız olsa da, əlimizdən gələn bu, idi. Qeyri-adi bir şey etmək olardı, amma, alınmadı.
- Azarkeşləriniz mövsüm ərzində liqaya maraq qatdılar... - Quba futbola ac regiondur. Düşünürəm ki, burada futbolun və stadionumuzun yaxşı vəziyyətdə olmağı bizim üçün üstünlük idi. Matçdan sonra azarkeşlərlə söhbətdə mən onlara söz verdim ki, gələn mövsüm "Hypers Quba" II Liqada çempion olacaq! Düşünürəm ki, Qubada futbol yaşamalı və daha iləri getməlidir...
- Gələn mövsüm üçün hansı planlarınız var? - Bununla bağlı tam nə isə deyə bilmərəm. Klubumuzun prezidenti yəqin ki, müsahibələrində bu mövzunu daha ətraflı və dəqiq şəkildə izah edəcək.
EMİN ZEYNALLI
Sport1.az