Azərbaycan Kubokunun finalında "Sabah" "Qarabağ"ı 3:2 hesabı ilə məğlub etdi.Sport1.az xəbər verir ki, bu nəticə ilə "bayquşlar" ilk dəfə kubokun qalibi oldu.
Oyundan sonra qonaqların baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında iştirak etdi.
Mütəxəssis görüş haqda bunları söylədi:
"Sabah"ı təbrik edirəm. Qarşıdakı avrkuboklarda uğurlar arzulayıram. Futbolçularıma təşəkkür edirəm. Yaxşı mövsüm keçirdilər. Oyunçular çox ağır mövsüm keçirdilər.Hər bir futbolçudan razı qaldım. Möhtəşəm atmosfer var idi.- Benzya çox aqressiv idi və cəzalanmaqdan qorxmurdu. Bu onun komandadan gedəcəyinə işarə idi? - Xeyr. Belə oyunlarda aqressivlik olur. Etməsə, daha yaxşı olardı. Mövsüm bizim üçün gərgin keçdi, futbolçuları meydanda və kənarda özlərini idarə etməsi üçün çox danışıqlar oldu. Bəzən futbolda belə hallar olur. Oyunun gedişatında futbolçular əsəbiləşir. Ciddi bir şey görmədim. Normaldır.
-
Köməkçiləriniz çox əsəbiləşdi. Hakimliyi necə dəyərləndirirsiz?- Belə oyunlar hakimlər üçün də asan deyil. İnqilab Məmmədov illərin təcrübəsini göstərdi.
Sport1.az