Azərbaycan Kubokunun finalında "Sabah" "Qarabağ"ı 3:2 hesabı ilə məğlub etdi.Sport1.az xəbər verir ki, bu nəticə ilə "bayquşlar" ilk dəfə kubokun qalibi oldu.
Oyundan sonra Masazır təmsilçisinin baş məşqçisi Vasili Berezutski mətbuat konfransında iştirak etdi.
Mütəxəssis görüş haqda bunları söylədi:
"Çox maraqlı oyun alındı. Hər iki tərəf fərqləndi, penaltilər oldu. Oyunçularımız əllərindən gələni etdi. Onların əməyidir. "Sabah"ı tarixindəki ilk kubok münasibətilə təbrik edirəm".-
Kuboku qazanmaq postunuzda qalmağınızın təminatıdır?- Gələcəklə bağlı nəsə deyə bilmərəm. Gözləyək, görək.
-
Özünüz qalmaq istəyirsiniz?- Eşidəcəksiniz. Bunların hamısını mən və klub rəhbərliyi ilə müzakirədən sonra biləcəyik.
-
Siz gəldikdən sonra "Sabah" "Qarabağ"a uduzmur. Kuboku qazanmağınız da göstərdi ki, əbəs yerə deyilmiş. Hansı reseptdir ki, bu rəqibə uduzmursunuz?- "Qarabağ" Azərbaycanda dominantlıq edən klubdur. Hansısa qlobal resept yoxdur. Bu sadəcə uşaqların əməyidir. Hansısa sirr deyil.
Sport1.az