Misli Premyer Liqasının 35-ci turunda "Qarabağ" "Kəpəz"ə qalib gəldi - 3:0.Sport1.az xəbər verir ki, qarşılaşmadan sonra Ağdam təmsilçisinin üzvü Fabian Buntiç azarkeşlərin komandaya olan dəstəyindən danışdı:
"Çempionluq mərasiminə bu qədər fanatın gəlməsi xoşdur. Kaş bütün arena dolu olardı. Amma bu gün bizi tək qoymadıqları üçün azarkeşlərimizə təşəkkür edirəm".Xorvatiyalı qolkiper gələn mövsüm "Qarabağ"ın Çempionlar Liqasının əsas mərhələsində iştirak etmək ehtimalından da bəhs etdi:
"Bizim şansımız var. Bunun üçün çox çalışmalıyıq. Hər şey mümkündür. Öz üzərimizdə çalışsaq, məqsədimizə çata bilərik".EMİN ZEYNALLI
Sport1.az