"Qarabağ"ın üzvü Toral Bayramovun Sport1.az-a müsahibəsi...- Səncə, mövsümün ən yadda qalan hadisəsi nə oldu?- Həm çempionat, həm də kubok matçları bizim üçün çox yaxşı keçdi. Kubokun finalındayıq və çempionluğumuzu da rəsmiləşdirmişik. Baxmayaraq ki, Avropa Liqasında pis nəticələrimiz oldu. Gələn mövsüm daha uğurlu çıxış etməyə çalışacağıq. Yəni tarix yazmaq istəyindəyik.
-
Yeni mövsüm avrokuboklarda hədəfiniz nədir?- Hələ qarşıda çempionat və kubok oyunumuz var. Həm də millinin yoldaşlıq görüşləri olacaq. Hər şey tam dəqiqləşdikdən sonra bu mövzuya aydınlıq gələcək.
-
Sizi kubokun finalında "Sabah"la çətin oyun gözləyir. Bu görüşlə bağlı nə deyə bilərsən?- Bu qarşılaşmada qalib gəlmək əsas hədəfimizdir. "Qızıl dubl" etmək üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq.
-
Səncə, çempionluğu çox rahat qazandınız? "Sabah" və "Neftçi" kimi rəqiblər bu mövsüm zəif təsir bağışladılar. Bu amilin çempionluğa nə qədər təsiri oldu?- Belə demezdim. Keçmiş illərə nəzər saldıqda, bu mövsüm çempionatda daha çətin oyunlar oldu. Düşünürəm ki, bu il həqiqətən də çox maraqlı keçdi.
EMİN ZEYNALLI
Sport1.az