Misli Premyer Liqasının 35-ci turunda "Qarabağ" "Kəpəz"i 3:0 hesabı ilə məğlub etdi.Sport1.az xəbər verir ki, oyundan sonra Ağdam təmsilçisinin üzvü Bəhlul Mustafazadə jurnalistlərə açıqlama verdi.
Müdafiəçi çempionluq haqda bunları söylədi:
"Hər çempionluğun arxasında böyük zəhmət var. Bu günkü çempionluğu da buna bağlayıram. Komanda olaraq çox çalışdıq. UEFA Avropa Liqasında uğursuz olduq. Gələn il hədəfimiz yenidən çempion olmaq və avrokuboklarda daha yaxşı nəticə qazanmaqdır. Bu gün də medallarımızı alacağıq. Bundan sonra önəmli olan "Sabah"la Azərbaycan Kubokunun final oyunudur. Orada qalib gələrək daha yaxşı qeyd etmək istəyirik".Bəhlul Mustafazadə komandanın baş məşqçisi Qurban Qurbanovla münasibətlərindən danışdı:
"Hər şey yüksək səviyyədədir, münasibətimiz də əladır".MİRZƏ S
Sport1.az