Misli Premyer Liqasının 31-ci turunda "Neftçi" səfərdə "Qarabağ"a məğlub oldu - 3:0Qarşılaşmadan sonra "Neftçi"nin üzvü Yuri Matias məğlub olmalarının səbəbini
Sport1.az-a açıqladı:
"Çətin oyun oldu. Biz meydana qalib gəlmək üçün çıxmışdıq. Rəqibimizin bizi məğlub edərək çempion olmasını istəmirdik. Lakin, ilk hissədə vurulan 3 qol hər şeyi tamamilə dəyişdi. Düşünürəm ki, buraxdığımız ilk qola qədər bərabər səviyyəli oyun gedirdi. Onlar da, biz də təhlükəli hücumlar edirdik. Amma təəssüf ki, nəticə istədiyimiz kimi olmadı."Braziliyalı müdafiəçi "Sabah" ilə keçiriləcək kubok matçıyla bağlı fikirlərini bildirdi:
"Bu oyun bizim üçün ölüm-qalım qarşılaşması, son ümiddir. Finala adlamaq üçün çox yaxşı hazılaşıb, əlimizdən gələnin ən yaxşısını etməliyik. Qələbə qazanaraq azarkeşlərimizi sevindirmək istəyirik. İnanıram ki, hər şey bizim adımıza çox yaxşı olacaq."EMİN ZEYNALLI
Sport1.az