“Neftçi”nin braziliyalı futbolçusu Yuri Matias "Globo" nəşrinə müsahibə verib.Sport1.az xəbər verir ki, 30 yaşlı futbolçu xəstə oğluna görə ailəsindən ayrı düşdüyünü bildirib:
"Onlardan uzaqda olmağı izah edə bilmirəm. Çünki mənə çox təsir edən, incidən məqamdır. Kiçik oğlumun autizmli olması da ayrı bir mübarizədir. Bu, bizim bir yerdə yaşamağımıza mane olur. Onun müalicəsini və inkişafını prioritet tutmalıyam”.Qeyd edək ki, Matiasın 5 yaşlı oğlu Mateus autizm spektri pozuntusundan əziyyət çəkir.
Sport1.az