Bu gün Azərbaycanın İdman ictimaiyyəti peşə bayramını qeyd edir.Sport1.az xəbər verir ki, Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən hər ilin martın 5-i Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir.
1995-ci il məhz bu günündə ümummilli lider Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib.
Gənclər və İdman Nazirliyi əlamətdar günü 2025-ci ilin İdman Paytaxtı Qəbələdə qeyd edəcək. Əvvəlcə idman ictimaiyyəti ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edəcək, daha sonra idman paradına qatılacaqlar. Ötən il analoji tədbir Qubada təşkil olunmuşdu.
Sport1.az