Bugün I liqanın 17-ci turunda "Karvan" "Zaqatala"nı qəbul edib.Sport1.az xəbər verir ki, qarşılaşmada qeyri-adi hadisə baş verib. Görüşün başlanmasına 20 dəqiqə qalmış Yevlax şəhər stadionunda işıqlar sönüb. Klub rəsmiləri problemi dərhal həll etmək istəsələr də, arenanın elektrik enerjisi ancaq oyunun fasiləsində bərpa edilib. Bu səbəbdən görüşün yutubda canlı yayımı I hissədə baş tutmayıb.
Qeyd edək ki, oyun 3:2 hesabı ilə "Karvan"ın xeyrinə başa çatıb.
Oğuztoğrul
Sport1.az