"Real Sosyedad"ın futbolçusu Martin Subimendi İspaniyada klubunu dəyişə bilər. Sport1.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Hətta Madrid təmsilçisi qeyri-rəsmi kanallar vasitəsi ilə yarımmüdafiəçinin ətrafı ilə də əlaqə saxlsyıb.
"Kral klubu" oyunçu ilə bu yay müqavilə imzalamaq niyyətindədir. İngiltərənin "Arsenal" klubu "Real" bu mübarizədə əsas rəqibidir. Hətta "topçular" 60 miıyon avro ödəməyə də hazırdır.
Qeyd edək ki, Martin Subimendi cari mövsüm bütün turnirlərdə 39 matçda meydanda olub, 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az