İngiltərənin "Arsenal" klubunun mövsümün sonunda yollarını ayırmaq istədiyi futbolçular müəyyənləşib. Sport1.az "Mirror"a istinadən xəbər verir ki, London təmsilçisi bir neçə oyunçu ilə eyni anda vidalaşmağa hazırlaşır.
"Topçular" Premyer Liqa titulunu qazanmayacaqları üçün bu addımı atır. Klub heyəti yeniləməyi planlaşdırır.
Bu səbəbdən Oleksandr Zinçenko, Tomas Parti, Jorjinyo və Kiran Tirninin komandadan göndərilmə ehtimalı böyükdür.
Sport1.az