Almaniyanın "Bayer" klubunun futbolçusu Pyero İnkapye karyerasını İspaniyada davam etdirə bilər.
Sport1.az xəbər verir ki, bu barədə "Sky Sport" məlumat yayıb.
Mərkəz müdafiəçisi "Real"ın gündəmindədir.
“Kral klubu" uzun müddətdir ki, bu mövqeni gücləndirmək variantlarını araşdırır və bu yay sözügedən mövqe üçün azı bir oyunçu cəlb ediləcək
İnkapye ötən il "Çelsi" və "Tottenhem" klublarına transfer ola bilərdi. Bununla belə, müdafiəçi dekabrda "Bayer"lə müqavilənin müddətini 2029-cu ilədək uzatdı.
23 yaşlı futbolçunun dəyəri "Transfermarkt"də 50 milyon avro olaraq qiymətləndirilib.
Sport1.az