"Napoli"nin futbolçusu Romelu Lukaku A Seriyasının 30-cu turunda "Milan"la matçda (2:1) qələbə qoluna imza atıb.Sport1.az xəbər verir ki, belçikalı forvard bununla da peşəkar səviyyədə 400-cü qolunu vurub.
Lukaku "Anderlext", "Çelsi", "Everton", "Mançester Yunayted", "İnter" və "Roma"da çıxış edib.
O, Belçika millisində 122 oyun keçirib və 88 qola imza atıb.
Sport1.az